Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə “Əbədiyaşar Lider” adlı tədbir keçirilib.   Ümummilli  Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx iştirakçılara təqdim olunduqdan sonra  çıxışlara start verilib. Bütün çıxışlarda Ulu Öndərin dövlətçiliyimizin müstəqilliyi, inkişafı naminə gördüyü işlərdən, xalqımızın gələcəyi üçün qoyduğu zəngin irsdən, eləcə də Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən bəhs olunub.

 

Bədii hissədə şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər və rəngarəng musiqi nömrələri təqdim ediblər. Rəssam Aynur Novruzovanın və rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi də iştirakçılarda xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA