Asiya İnkişaf Bankı, NewSpace şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə icra olunan StartapFest layihəsi çərçivəsində ADAU-da təlimlər təşkil olunub.

 

StartapFest layihəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri iştirak edirlər. Layihənin təlim prosesini Azərbaycanda tanınmış mentorlar yerinə yetirirlər. Yekunda ilk 3 yerə çıxan komandalara mükafatlar veriləcək. Hazırda layihəyə qoşulan 10 komanda müxtəlif sahələr üzrə yarışır. ADAU-nun 5 komandası  seçilən layihələr arasındadır.