Bakı Musiqi Akademiyasının Opera Studiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş hesabat konserti keçirilib.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 4 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə  baş tutan tədbirdə ilk öncə kiçik rəssamların əl işlərindən ibarət sərgiyə baxış  olub.

 

Sonra  məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri, nağaraçılar, saz ifaçıları ansamblı, xor kollektivi və “Leyla” rəqs ansamblı bir-birindən maraqlı ifalar nümayiş etdiriblər.

 

Məktəbin direktoru Cahangir Süleymanov çıxışında şagirdlərə və tədbirdə əməyi olan  hər kəsə  təşəkkürünü bildirib.

          

Sifai SƏFƏROVA