Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov yaz semestrinin yay imtahan sessiyası çərçivəsində təşkil edilən imtahan prosesini izləyib.

 

Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsi, biliklərin qiymətləndirilməsi və daxil olan müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib, imtahanların gedişatı ilə bağlı müəllim və tələbələrin fikirləri öyrənilib.

 

Qeyd edək ki, MDU-da iyunun 3-dən başlayan yaz imtahan sessiyası iyulun 5-dək davam edəcək. Cari imtahan sessiyası ərzində baş tutacaq 600-dən çox imtahanda 3000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir.