Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tanıtımı layihəsi çərçivəsində  Quba rayonu II Nügədi kənd 3 saylı və Quba şəhəri 6 saylı tam orta məktəbin şagirdləri filialda olublar.

 

Tanıtım proqramında 3 saylı məktəbin rəsmi nümayəndəsi Samirə Məmmədova, riyaziyyat müəllimi Ayşən Xəlilova və 9,10, 11-ci sinif şagirdləri, o cümlədən, 6 saylı məktəbin rəsmi nümayəndəsi Günay Təhməzova və 11-ci sinif şagirdləri filial ilə tanış olublar.

 

Görüş zamanı şöbə müdirləri Pərvanə Rzayeva və Yusif Abayev tərəfindən filialdakı ixtisaslar, tədris prosesi, kadr hazırlığı, pedaqoji heyət haqqında geniş məlumat verilib. Qeyd edilib ki, hazırda filialda 11 ixtisas üzrə qəbul aparılır,  bu da fəaliyyətə 2 ixtisasla başlayan bölgə ali məktəbi üçün olduqca böyük nəticədir. Son illərdə filiala qəbul olunan tələbələr arasında 500 baldan yüksək nəticə göstərən abituriyentlərin sayında artım müşahidə olunur. Hətta 600 baldan yuxarı nəticə ilə qəbul olunanlar tələbələr də var.

 

Sonra filialla yaxından tanışlıq olub.