Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin hazırda Türkiyənin Qazi Universiteti və Hacı Bayram Veli Universitetində doktorantura təhsili alan 2 əməkdaşı - Nailə Allahyarova və Aytən Nadirova ilə görüşüb.

 

Gənc əməkdaşların doktorantura təhsilinin gedişatı, dissertasiya mövzuları və elmi tədqiqatlarının ilkin nəticələri ilə maraqlanan Ş.Bayramov onlara uğurlar arzulayıb, hər iki əməkdaşın MDU-ya yüksək ixtisaslı mütəxəssis olaraq qayıdacaqlarına və qardaş ölkənin müsbət təcrübəsini gətirəcəklərinə inandığını söyləyib.

 

Doktorantlar göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib və onlara olan gözləntiləri doğruldacaqlarına əminliklərini ifadə ediblər.