Lənkəran Dövlət Universiteti (LDU) və Polşanın Varmiya və Mazuri Universiteti ilə imzalanmış Erasmus+ KA171 müqaviləsi çərçivəsində Varmiya və Mazuri Universitetinin geomühəndislik fakültəsinin dosenti Kristina Kurovska akademik işlərlə tanışlıq məqsədilə LDU-da olub. Oonaq  universitetin iqtisadiyyat və idarəetmə, aqrar və mühəndislik fakültələrini, eləcə də, Beynəlxalq əməkdaşlıq şöbəsini ziyarət edib, rektor professor  Natiq İbrahimovla görüşüb.

 

Dosent Kristina Kurovska tədris proqramı, imtahan prosesi və laboratoriyalarla tanış olub, LDU əməkdaşlarına Varmiya və Mazuri Universiteti haqqında məlumatlandırma sessiyası keçirib.

 

Bundan əlavə, proqram çərçivəsində ikili əməkdaşlıq imkanları da müzakirə edilib.