Mərkəzi Aran Regional Təhsil İdarəsi (Mərkəzi Aran RTİ) ilə Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlığı çərçivəsində “Nümunəvi məktəb” layihəsinin hazırlanması və tətbiqi ilə bağlı ilkin görüş keçirilib. Görüşdə Mərkəzi Aran RTİ və MDU-nun müvafiq bölmə və strukturlarından əməkdaşlar iştirak ediblər.

 

Mərkəzi Aran RTİ-nin müdir müavini Cavad Cavadov və MDU-nun təhsil fakültəsinin dekanı Nizami Zeynalov son illər ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, təhsilin inkişafı üçün icra olunan layihələr haqqında məlumat verib, MDU ilə Mərkəzi Aran RTİ arasında olan əməkdaşlığın uğurlu model kimi fərqləndiyini və gələcəkdə birgə fəaliyyətlərin artacağına əminliklərini bildiriblər. Layihənin 1 şəhər və 6 rayonda icrasının nəzərdə tutulduğu, seçilmiş məktəblərin idarəetmə, sənədləşmə, infrasturktur, maddi-texniki baza və tədrisin təşkili vəziyyətinin öyrənilməsi, inkişaf etdirilməsi məqsədilə ilə bağlı meyarların hazırlanacağı, həmçinin, Mərkəzi Aran RTİ ilə MDU-nun əməkdaşları tərəfindən sənədləşmə işinin aparılması, məktəb idarəetməsi, tədrisin təşkili istiqamətində nəzəri və praktiki dəstək, metodiki xidmətin götəriləcəyi bildirilib.

 

Layihə ilə bağlı ətraflı məlumat verildikdən sonra görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb,  təkliflər dinlənilib. Müzakirənin sonunda layihənin icrası ilə bağlı müvafiq işçi qrupu yaradılıb.