Danimarkanın Kopenhagen Universitet Kollecinin coğrafiya üzrə mütəxəssisləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olublar.

 

Qonaqlar ADPU-nun Quba filialının direktoru Yusif Alıyev və ADPU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Oqtay Alxasovla birlikdə filialla tanış olub, “Tarix və coğrafiya müəllimliyi” və “Coğrafiya müəllimliyi” ixtisaslarının tələbələrini dərs prosesində izləyiblər.

 

Filialla tanışlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.


Qeyd edək ki, Pedaqoji Universitetlə Kopenhagen Universitet Kolleci arasında Erasmus+ mübadilə proqramı çərçivəsində akademik heyət və tələbə mübadiləsi həyata keçirilir.