Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov başda olmaqla, LDU-nun nümayəndə heyəti Türkiyənin İstanbul Universitetində olub.

 

İstanbul      Universitetində keçirilən görüşdə iki ali təhsil ocağı arasında qarşılıqlı əməkdaşlığın yaranması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, ikili diplom layihələri ilə bağlı işlərin başlanması, birgə elmi tədbirlərin təşkili və s. məsələlər müzakirə edilib, xatirə hədiyyələri təqdim olunub.