ADPU-nun Quba filialında tədbir keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Quba filialında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə  9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarx izlənilib.

 

Filialın II tədris ilinin tələbəsi Tutu Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə direktor köməkçisi, humanitar və sosial elmlər fakültəsinin dekanı Mürvət Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva və ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev geniş məruzələrlə çıxış ediblər.

 

Daha sonra II tədris ilinin tələbəsi Nəzrin Hacıyevanın bədii rəhbərliyi ilə tələbələr tərəfindən hazırlanan şeir, çıxış və musiqi nömrələri səsləndirilib.