Mingəçevir Dövlət Universitetinin (MDU) fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə “Nə? Harada? Nə Zaman?” intellektual oyunu formatında bilik yarışı keçirilib.

 

Yarışın açılışnda çıxış edən kafedranın müdir əvəzi Təranə Yusifova Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

 

Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan tarixi, fizika, ekologiya və coğrafiya ilə bağlı, eləcə də ümumi dünyagörüşü xarakterli  sualların təqdim edildiyi yarışda MDU tələbələrindən ibarət “Zəfər”, “Qarabağ”, “Ekosistem” və “Kvant” komandaları mübarizə aparıblar. Ən yüksək nəticə göstərən “Ekosistem” komandası yarışın qalib olub.

 

Sonda yarış iştirakçılarına hədiyyələr təqdim edilib.