İmişli şəhər 8 nömrəli tam orta məktəbdə Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri keçirilir.

          

Mil-Muğan Regional Təhsil İdarəsindən aldığımız məlumata görə, təlimlər ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanılması, təhsilalanların sosial bacarıqlarının artırılması, sosial ədaləti dəstəkləyən məktəb mədəniyyətinin formalaşdırılması məqsədi ilə təşkil olunub.

        

Təlimlərdə iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq davranışının təsirləri, bullinq davranışının profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzulardan məlumatlar verilir, iştiralkçıları maraqlandıran suallar cavablandırılır.

 

Şakir CƏFƏROV