Türkiyəli professor MDU-nun magistrantları üçün ustad dərsi keçib


Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) turizm fakültəsinin dəstəyi ilə ustad dərsi keçirilib.

 

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən növbəti ustad dərs “Strateji insan resursları idarəetməsi” fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü, “Biznesin idarə edilməsi” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə təhsil alan magistrantları iştirak ediblər.

 

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə turizm fakültəsinin professoru Hakan Koç mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.