Azərbaycan Dövlət İqtisad Uiniversitetində (UNEC) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradılmasının 100 illiyi münasibətilə kitab və rəsm sərgisi keçirilib.

 

Sərgidə ADMİU-nun rektoru professor Ceyran Mahmudova, UNEC rektoru professor Ədalət Muradov, Azərbaycanın tanınmış incəsənət xadimləri, hər iki universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Yubiley sərgisində ADMİU-nun mədəniyyət və incəsənətdən bəhs edən kitabları, UNEC Kitabxana İnformasiya Mərkəzinin müxtəlif mövzularda nəşrləri, həmçinin Dizayn Məktəbi tələbələrinin maraqlı rəsm əsərləri və əl işləri nümayiş olunub.

 

Ə.Muradov ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edərək, bu ali təhsil ocağının əldə etdiyi nailiyyətlərdən söz açıb. Ölkəmizin təhsil, mədəniyyət və incəsənət tarixində zəngin ənənələrə malik olan ADMİU-nun kollektivinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayan Ə.Muradov rektor Ceyran Mahmudovaya UNEC tələbələrinin 100 illik yubileyə həsr etdikləri xatirə hədiyyəsini təqdim edib.