Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənədə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və İctimai Birliyin sədri Leyla Zeynalova imza atıb.
 

Memorandumda təlim, seminar, mentorluq proqramlarının təşkili, birgə tədqiqat proqramlarının yaradılması və tələbələrin bu işə cəlb edilməsi, yeni təhsil və təlim texnologiyalarına dair təşviqedici layihələrin həyata keçirilməsi və s. məsələlər öz əksini tapır.