Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri aşağıdakı cədvəldə təqdim olunur.

 

DİM-dən bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

 

İmtahanın adı

Tarix

1.     

 Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona,
 Peşə liseylərinin buraxılış imtahanı

 3 mart

2.     

 Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona,
 Peşə liseylərinin buraxılış imtahanı

 10 mart

3.     

 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona

 17 mart

4.     

 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona

 7 aprel

5.     

 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona 

 21 aprel 

6.     

 Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd

 12 may

7.     

 Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 2-ci cəhd

 30 iyun

 

Qeyd 1: İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Qeyd 2: Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

Qeyd 3: DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.