Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Fulbright” proqramı əsasında amerikalı müəllim Tiffany Tillman tərəfindən "Akademik yazı" mövzusunda seminarlar keçirilir.

 

Seminarlar 3 istiqamətdə aparılır: "Gənc müəllimlər üçün İngilis dilinin effektiv tədrisi metodikaları", "Akademik yazı" və "İngilis dilinin tədqiqat sahəsində istifadə edilməsi". Qeyd edək ki, keçirilən seminarlar ADNSU-nun tədqiqatçıları, doktorantlar , ikinci kurs magistr tələbələri və professor-müəllim heyəti üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, seminarlar 2 ay davam edəcək. Həmçinin 2023-2024 tədris ilində Tiffany Tilmanın ADNSU-da fəaliyyəti davam edəcək və növbəti semestrdən birgə bir sıra yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.