Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.

 

Universitetdən bildirilib ki, MDU-da imtahan sessiyası 29 dekabr 2023-cü il – 01 fevral 2024-cü il tarixlərində ənənəvi formada təşkil ediləcək. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla, 5 suala verilən cavab əsasında şifahi, yazılı və test şəkilində həyata keçiriləcək.

 

Cari imtahan sessiyasıda baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə verilib.

 

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçiriləcək.