Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilinin yaz semestrindən əcnəbilərin sənəd qəbuluna start verilib.

 

Universitetdən bildirilib ki, sənəd qəbulu üçün son tarix 31 yanvar 2024-cü ildir.

 

Dərslər 16 fevraldan başlayacaq.

 

Əcnəbilər ixtisaslardan asılı olaraq Azərbaycan, ingilis, türk və rus  dillərində təhsil ala bilərlər.

 

Əcnəbilərin qəbulu elektron formada həyata keçirilir.

 

Bütün namizədlər https://portal.edu.az/ internet səhifələri vasitəsilə müraciət etməlidirlər.