Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə: ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizliyə aid 100-dən çox dərslik, dərs vəsaiti, atlas, ensiklopedik lüğət, konfrans materialları və digər nəşrlər nümayiş etdirilir.  

 

Sərgilənən nəşrlər içərisində BDU-nun tanınmış alimlərinin müəllifi və həmmüəllifi olduqları “Ekologiya və ətraf mühitin mühafizəsi”, “İnsan ekologiyası”, “Meşə ekologiyası”, “Ensiklopedik ekoloji lüğət”, “Ekologiya, ətraf mühit və insan”, “Ekoloji geologiya”, “Ümumi ekologiya”, “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitablar da yer alır. 

 

Sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.