Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi Şahin Məmmədovun "AdS/KXD-də tenzor mezon qarşılıqlı təsir sabitləri" (“Tensor meson couplings in AdS/QCD”) adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartillli jurnallar siyahısına daxil olan Amerika Fizika Cəmiyyətinin “Physical Review D” jurnalında dərc olunub.

 

https://link.aps.org/doi/10.1103/PhysRevD.108.114032

 

Məqalədə tenzor mezonlarla nuklonların qarşılıqlı təsir sabiti AdS/KXD-nin sərt- və yumşaq-divar modelləri çərçivəsində hesablanıb, müqayisə edilib. Habelə tenzor mezonların iki fotona və bir foton, bir ro mezona parçalanma sabitləri hesablanıb və tədqiq olunub.