Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) latın qrafikası ilə dərc olunan nəşrlərin sərgisi təşkil edilib.

 

Sərgilənən nəşrlər sırasında müasir Azərbaycan ədəbiyyatı seriyasından Mir Cəlal, Əhməd Cavad, Qabil, Cabir  Novruz, Əli Vəliyev, Rüstəm İbrahimbəyov, Nüsrət Kəsəmənli,  Əli Kərim, Almas İldırım, Nəbi Xəzri, İsmayıl Şıxlı, Qılman İlkin, Ənvər Əlibəyli, Qasım Qasımzadə, Nigar Rəfibəyli, Balaş Azəroğlunun “Seçilmiş əsərləri” və başqaları yer alıb.

 

Həmçinin dünya ədəbiyyatı incilərindən sayılan F.M.Dostoyevskinin “İdiot”, T.Drayzerin “Kerri bacı”, Ş.Kosterin “Ulenşpigel ve Lamme Qudzak əfsanəsi”, V,Q.Yanın “Çingiz Xan”, E.S.Tompson, Nazim Hikmət, Cek London və M.Y.Lermontovun “Seçilmiş əsərləri” və digər nəşrlər də sərgidə nümayiş etdirilir.

 

Sərgi cari ayın sonunadək davam edəcək.