Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət coğrafiya fənn aylığına dair “Aysberq” adlı  bilik yarışı keçirilib.

 

Yarışdan öncə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub.  Yarışa hər rayon (şəhər) 1 komanda ilə qatılıb.

 

Regional təhsil idarəsinin müdir müavini Cavad Cavadov tədbirdə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Maraqlı və gərgin keçən  yarışın sonunda Kürdəmir rayon komandası I yerə, Zərdab rayon komandası II yerə, Yevlax rayon komandası isə III yerə layiq görülüb.

                                                                                              

Şakir CƏFƏROV