Yaponiyanın Niigata şəhərində təşkil edilən konfransda tədqiqatçı alim Xəlil Kələntər IDW-2023 mükafatlandırma mərasimində optik arxa işıqların kommersiyalaşdırılması sahəsində həyata keçirdiyi tədqiqatlar və IDW-dəki xidmətlərinə görə Kobayashi-Uchiike-Mikoshiba mükafatına layiq görülüb.

 

Qeyd edək ki, Xəlil Kələntər 2023-cü ildən Naxçıvan Dövlət Universitetinində də dərslər tədris edir.

 

Məlumat üçün bildirək ki, Xəlil Kələntər 1981-ci ildən etibarən Yaponiyada yaşayır və elmi fəaliyyətini orada davam etdirir. Orada yaşadığı müddətdə Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Professor yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır.  O, LCD texnologiyası üzrə yapon dilində 6 kitabın, 130-dan artıq elmi məqalənin, 100-ə yaxın patentin  müəllifidir.