Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Vüqar Əliyevin həmtəsisçisi olduğu “4You” startapı İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən "Startup Wise Guys" proqramının qalibi olub.

 

Finalda 10 komanda ilə yarışan startap 25 000 manat məbləğində investisiya qazanıb və "LTC İnnovation"də Qlobal Akselerasiya proqramında iştirak haqqı əldə edib.

 

“4You” startapı peşəkar psixoloqlarla seansları onlayn formatda təqdim edən platformadır.

 

Daha öncə BANM tələbəsi Asiya İnkişaf Bankının keçirdiyi “CAREC University Startup Generation” proqramında da qalib olub. O, proqramda qalib gəldikdən sonra Asiya İnkişaf Bankının “CAREC İnnovation Exchange” proqramında iştirak haqqı qazanıb və Qazaxıstan, Özbəkistan, Gürcüstanda startap ekosistemləri ilə yaxından tanış olmaq imkanı əldə edib.