Saatlı rayon Gənclər Mərkəzində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib olmuş "Sürətli hesablama ilə beyin gimnastikası" layihəsinin bağlanış tədbiri keçirilib.

 

Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki,  tədbirdə layihə rəhbəri Nübar Hüseynli "Sürətli hesablama ilə beyin gimnastikası" layihəsinin icrası ilə bağlı ətraflı məlumat verib.

        

Sonra ekpert Fərman Mustafayev, təlimçi Yusif Abuşov çıxışlarında layihə zamanı tətbiq olunmuş proqramlardan danışıb və təlim prosesini bir daha slaydlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Layihədə iştirak edən şagirdlər isə qazandıqları bacarıqları nümayiş etdiriblər.

        

Sonda şagirdlərə sertifikatlar təqdim olunub.

                                                                                                

Şakir CƏFƏROV