Yanvarın 13-də İstanbul şəhərində keçirilən Beynəlxalq “VEX Robotics Türkiye Open” yarışmasında ölkəmizi təmsil edən Robo Force komandası VEX IQ kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.

 

Təhsil İnstitutundan bildirilib ki, komanda tərəfindən hazırlanan robot, həmçinin “Ən yaxşı mühəndislik həlli” nominasiyasının qalibi seçilib.