Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov, Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova və TWI şirkətinin qrup direktoru Tat-Hin Qan arasında onlayn və oflayn formatda görüş keçirilib.

 

Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, əməkdaşlıq əlaqələrinin qurulması mühəndislik sahəsinə təsir imkanları baxımından əhəmiyyətlidir.

 

Qeyd olunan məsələlərin hüquqi əsası kimi tərəflər arasında anlaşma memorandumu imzalanıb.