ADA Universitetinin təhsil fakültəsinin professoru Ceyhun Rzayev Polşanın paytaxtı Varşavada keçirilən “ Polşa və Türk Dünyası” beynəlxalq konfransında “Azərbaycan və Polşa arasında qarşılıqlı əlaqələrin şanlı tarixi” adlı tədqiqatını təqdim edib.

 

ADA Universitetindən bildirilib ki, konfransın materialı kimi “XX əsrin birinci yarısında Azərbaycan və Polşa arasında hərbi əlaqələr” məqaləsi Polşanın gündəlik tirajı 160.000 nüsxə olan “Rzeczpospolita”qəzetində dərc olunub.

 

Araşdırmalarını təqdim etdikdən sonra ADA Universitetinin müəllimi Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova tərəfindən sertifikatla təltif edilib.  O, həmçinin Varşava Universitetinə qonaq mühazirəçi kimi “Qarabağın azad edilməsi və təcavüzkarın Azərbaycan irsinə vurduğu ziyan” mövzusunda mühazirə oxumağa dəvət olunub.