Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan Accreditation Agency for Study Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics (ASIIN) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beş ixtisası üzrə tədris proqramı Avropa standartlarına uyğun sayılaraq növbəti üç il müddətinə akkreditasiya olunub.

 

Bu barədə ADNSU-nun rektoru vəzifəsini icra edən Vazeh Əskərov özünün facebook səhifəsində bildirib.

 

“AZII-nin daha bir uğurunu paylaşmaqdan qürurluyam. Universitetimizdə tədris edilən 5 ixtisasın Beynəlxalq akkreditasiya müddəti uzadılıb. ASIIN Beynəlxalq Akkreditasiya və Sertifikatlaşma Agentliyinin qəbul etdiyi qərara əsasən, ADNSU-nun “Mexatronika və robototexnika mühəndisliyi” (bakalavr üzrə), “Neft-Qaz mühəndisliyi” (bakalavr üzrə), “Geologiya mühəndisliyi” (bakalvr üzrə), “Kimya mühəndisliyi” (bakalvr və magistratura üzrə) ixtisaslarının beynəlxalq akkreditasiyadan keçməsi 24 iyun 2022 – 30 sentyabr 2027 tarixləri ərzində rəsmi olaraq etibarlı hesab edilir. Qeyd edək ki, ümumilikdə ADNSU-da 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib”-deyə V.Əskərov paylaşımında vurğulayıb.