Əməkdar artisti Fərqanə Qasımova İsveçin Uppsala şəhərində keçirilən “Maraqlı Klassiklər” (“Curious Classics”) adlı festivalda iştirak edib. F.Qasımova İsveçə yaradıcılıq səfəri çərçivəsində Stokholmda yerləşən “KMH” Kral Musiqi Məktəbində yerli tələbələrə ustad dərsi keçib və tələbələr qarşısında Azərbaycan muğamlarını ifa edib, milli musiqimizin və ifaçılıq sənətinin incəliklərindən bəhs edib. Bir sıra muğam və təsniflərin səsləndiyi ustad dərsində tələbələrlə birgə mahnılar da ifa olunub.

      

Muğam ifaçısı ustad dərsində tələbələri maraqlandıran sualları da cavablandırıb.

 

Sifai SƏFƏROVA