İşğaldan azad olunmuş ərazilərdə 3 məktəbdə buraxılış imtahanları keçiriləcək.

 

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

 

O bildirib ki, Laçının Zabux kəndi, Zəngilanın Ağalı kəndi və Füzulidə fəaliyyət göstərən məktəblərdə buraxılış imtahanları təşkil olunacaq.

 

"Hər məktəbdə IX-XI siniflər üzrə ola bilər ki, 5, 6, 7 şagird olsun. Həmin şagirdlər təhsil aldıqları məktəblərdə buraxılış imtahanları verəcəklər”, - deyə Məleykə Abbaszadə qeyd edib.

 

Azərtac