Bakı Muhəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndələri ilə görüşüb.

 

Universitetin innovasiya mühiti ilə tanışlıq, eləcə də bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə ali təhsil müəssisəsində innovasiya ekosisteminin inkişafının başlıca prioritetlər sırasında yer aldığı vurğulanıb, həmçinin tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdən sonra universitetin Texnoparkını, həmçinin İnformasiya və kommunikasiya texnologiyaları, Kimya, Mexanika laboratoriyalarını gəzən qonaqlar burada yaradılan innovativ mühit, innovasiya fəaliyyətində rol ala bilən infrasturuktur imkanları ilə tanış olublar. Eyni zamanda BMU-nun tələbə və müəllimləri tərəfindən inkişaf etdirilən startap komandaları ilə görüşüblər.

 

Görüşün sonunda Agentlik və universitet arasında əməkdaşlığın reallaşdırılması üçün müvafiq addımların atılması qərara alınıb.