Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə əlaqədar növbəti “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günündə rektor professor Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri- professorlar Şahlar Əsgərov, Hikmət Əlizadə, müvafiq struktur rəhbərləri və tələbə rektor iştirak ediblər.

 

Qəbula yazılan tələbələrin müraciətləri imtahanlarda intizam qaydalarının pozulması, təhsil haqqına güzəştin edilməsi, xarici universitetdə dinlənilən fənnin əvəzlənməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra yerindəcə müvafiq qərarlar verilib.

 

Qeyd edək ki, qış imtahan sessiyasında keçirilən “Açıq qapı” günlərinə ümumilikdə 24 müraciət daxil olub. Onların böyük əksəriyyəti imtahanlarda intizam qaydasının pozulması barədə olub.