Azərbaycan Texnologiya Universiteti  (ATU) ilə İsrailin Ben-Gurion Universiteti arasında görüş keçirilib.

 

ATU-da baş tutan görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini icra edən  Ramidə Xəlilova və avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov, Ben-Gurion Universitetini isə Complex Data Analytics Lab şöbəsinin rəhbəri professor Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati menecer xanım Lee Eldin təmsil edib.

 

Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi müzakirə olunub.