Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əməkdaşların əmək haqqı minimum 10 faiz olmaqla artırıldı.

 

Universitetdən bildirilib ki, ADPU-nun Elmi Şurasının yanvarın 30-da keçirilən iclasında Maliyyə komissiyasının təklifləri nəzərə alınaraq artım barədə müvafiq qərar qəbul edilib.