Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib.

 

Onlardan 3-ü –Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunudur.  Universitetdən bildirilib ki, Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun biologiya, Ulucay Məmmədov 2019-cu ildə jurnalistika fakültələrini bitirib, Pərviz Mirələmli isə beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.