Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə anlaşma memorandumu imzalayıb. 

 

Memorandumu BDU-nun rektoru Elçin Babayev və X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru Salamat İdrissov imzalayıb. Memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 

 

Qeyd edək ki, əsası 1950-ci ildə qoyulmuş Atırau Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.