UFAZ Karyera Mərkəzi “Mükəmməl mühəndislik üçün yumşaq bacarıqlar” adlı  təlim sessiyası təşkil edir.

 

Azərbaycan-Fransız Universitetindən (UFAZ) bildirilib ki, dörd həftəlik proqram gələcək mühəndislər üçün xüsusi olaraq hazırlanıb və onların peşəkar inkişafını əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır. UFAZ-da ingilis dilində keçirilən təlim 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub, onları təcrübə və iş müsahibələrinə hazırlamaq üçün dəyərli məlumatlar verir. 

 

İştirak edən tələbələr EY Azərbaycan, Paşa Bank və tərəfdaş təşkilatlar tərəfindən sertifikatlar əldə etmək imkanı qazanacaqlar.