Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “EBSCO platformasından istifadə imkanları” mövzusunda növbəti silsilə vebinarlar keçirilib. 

 

BDU-dan bildirilib ki,  Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçirilən vebinarlar EBSCO nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə rus dilində və ödənişsiz təqdim olunub. 

 

Vebinarlar “Academic Search Premier nümunəsi əsasında multidissiplinar məlumat bazalarında elmi informasiya axtarışı”, “EBSCO-nun elektron resursları beynəlxalq səviyyəli məqalələrin hazırlanmasında vasitə kimi”, “EBSCO - elektron kitabların yüklənməsi zamanı hansı xüsusiyyətlərə diqqət yetirməli”, “EBSCO elektron resurslarını görünən və istifadəli edən EBSCO Connect platforması”, “EBSCO-nun mobil tətbiqi haqqında bir neçə söz” mövzularına həsr olunub.