“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “MathCamp 2024” tələbə yaz düşərgəsinin növbəti mövsümü başlayır.

 

Tələbə düşərgəsində ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr və qeyd edilən ixtisaslar üzrə son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.

 

Düşərgə Quba rayonu, UNEC-in Tədris İdman Bazasında 21-25 mart tarixlərində keçiriləcək.

 

Düşərgəyə qeydiyyat üçün son müraciət tarixi  10.03.2024-cü ildir.

 

Keçid: https://forms.gle/KhenTkCh7ViqnJJ58