17 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 18 və 211 nömrəli tam orta məktəblərində növbəti maarifləndirmə tədbirləri keçirilib.                                                                                                                                                                                   
       
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.
 
Ümumilikdə 205 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi”, “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.