"Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və regional təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində bütün valideynlər üçün övladlarına məktəb seçimində əlçatanlığın təmin edilməsi həyata keçirilir". 
 
"Azərbaycan müəllimi"  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
 
O bildirib ki, qəbulun elektron əsaslarla təşkil olunması obyektivliyi təmin edir.
 
"Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir. Elektron sistemdə təkmilləşdirmələrin aparılması məqsədilə tədbirlər görülür. Məktəbə qəbul prosesinin elektronlaşdırılması və uyğun qaydalarla tənzimlənməsi vətəndaş məmnunluğuna müsbət təsir etdi.  Məqsəd şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının aradan qaldırılması və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasının təmin edilməsidir"-deyə direktor vurğulayıb.