“4 məktəbəqədər  təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 4 müəssisədə  isə təmir-tikintiyə başlanılacaq. Hazırda 2 təhsil müəssisəsində 30 təhsilalan, 3 təhsilverən var”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov  mətbuat konfransında Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışarkən deyib. Direktor bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 5 məktəbəqədər müəssisədə 762 uşaq təhsil alır. Tədris prosesində 107 təhsilverən iştirak edir.

Agentlik direktoru həmin ərazilərdə fəaliyyət göstərən  ümumi təhsil müəssisələri ilə də bağlı məlumat verib. O deyib ki, təmir-tikinti işləri 13 ümumi təhsil müəssisəsində davam edir, 2 müəssisədə yekunlaşıb, 6 ümumi təhsil müəssisəsində isə  təmir-tikinti işlərinə başlanılacaq.