Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. 
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  “Azərbaycan müəllimi”nə bildirilib ki, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.
 
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
 
Xatırladaq ki, 17-19 aprel tarixlərində keçirilən vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.