08-10 may 2024-cü il tarixlərində “Zuğulba” Tədris İdman Bazasında 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin mini-futbol üzrə Respublika turnirinin final mərhələsi keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, final mərhələsində Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi, Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbi, 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, Şirvan şəhər uşaq-gənclər idman-şahmat məktəbi, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi, Hacıqabul rayon uşaq-gənclər idman-şahmat məktəbi, Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi, Tovuz rayon uşaq-gənclər idman-şahmat məktəbi, Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi, Masallı rayon uşaq-gənclər idman-şahmat məktəbi və Qubadlı rayon uşaq-gənclər idman-şahmat məktəbləri olmaqla 11 məktəb komandası mübarizə aparıb.

 

Yarışın yekun nəticəsinə əsasən Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi I yeri, Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbi II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

 

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyev irsinin şagirdlərə aşılanması, futbolun uşaq və yeniyetmələr arasında inkişaf etdirilməsi, ümidverici futbolçuların aşkar edilməsi, uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları arasında dostluq əlaqələrini gücləndirilməsi və qeyd olunan yaş qrupu üzrə Mərkəzin yığma komandasına üzvlərin qəbul edilməsindən ibarət olub.