2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb. Bukletdə Xankəndidə yerləşən universitetimizdə tədris olunacaq ixtisaslar öz əksini tapıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək. 
 
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
 
Pedaqoji fakültə
Riyaziyyat müəllimliyi
İbtidai sinif müəllimliyi
Xarici dil müəllimliyi
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
 
İqtisadiyyat fakültəsi
Beynəlxalq ticarət və logistika
İqtisadiyyat
Maliyyə
Menecment
Mühasibat
Dövlət və bələdiyyə idarəetməsi
 
Humanitar və sosial elmlər fakültəsi
Beynəlxalq münasibətlər
Hüquqşünaslıq
Tarix
Psixologiya
 
Mühəndislik fakültəsi
Elektrik və elektronika mühəndisliyi
İnşaat mühəndisliyi
Kompüter mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
 
İncəsənət fakültəsi
Musiqi müəllimliyi (fortepiano, violin (skripka), klarnet, saksafon, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)
Dekorativ-tətbiqi sənət (bədii toxuculuq, bədii keramika)
Dizayn (interyer dizayn, qrafik dizayn, geyim dizaynı)
İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, qarmon, nağara, balaban, fortepiano, violin (skripka), klarnet)
Vokal sənəti (xanəndəlik, milli vokal)
 
Turizm fakültəsi
Turizm işinin təşkili