Bu günlərdə Salyan şəhərində sahmat üzrə Respublika birinciliyinin  zona yarışları keçirilib. Yarışlarda “Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli  Uşaq-Gənclər İdman Məktəbinin 12   idmançısı stolüstü tennis və şahmat növləri üzrə  rəqiblərindən fərqləniblər.

 

Onlardan 5-i I, 5-i II, 2-si isə  III yerlərə sahib olublar.  Bundan başqa, Mingəçevir  şəhərində stolüstü tennis üzrə Respublika birinciliyinin  zona yarışlarında  idman məktəbinin yetirmələri iştirak edərək  mükafata layiq  yerlər tutublar. Burada Ülvü Əhmədzadə I,  Niyazi Məmişov III,  Hüseyn Abbaszadə və Hüseyn Musazadə  IV yerlərə çıxıblar. Yarışda məktəbin digər gənc idmançıları da fərqləniblər. 

 

Rəşad ZİYADOV