4SİM “Texnologiya Söhbətləri” layihəsinə əsas tərəfdaş kimi qoşulur. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Bilişim Vadisi Bakı tərəfindən start verilən və Azərbaycan Texniki Universitetinin tərəfdaşı olduğu “Texnologiya Söhbətləri” layihəsinə əsas tərəfdaş kimi qatılmaqdan qürur duyur. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, texnologiya və innovasiya dünyasındakı son trendləri müzakirə olunacağı aylıq vebinarımızın növbəti qonağı Baykar şirkətindən Ağıllı Web Sistemlər üzrə qrup lideri və T3 IA layihə rəhbəri Refik Söylemez süni intellekt texnologiyalarını izah edəcək. 
 
Bütün texnologiya və innovasiya həvəskarları və mütəxəssislər qeydiyyatdan keçib iştirak edə bilər. 
 
Vebinar zoom platforması üzərindən onlayn şəkildə 23 may saat 19:00-da baş tutacaq. 
 
Qeydiyyat linki : forms.gle/1bTNbngZdjpuVr2G8